Səhiyyə Nazirliyinin mətbuat xidmətinin işçisi vəzifəsindən ayrıldı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, bu barədə S.Əhmədova özü məlumat verib.

Onun sözlərinə görə, öz ərizəsi ilə işdən azad edilib. Hazırda heç bir yerdə çalışmır.

Qeyd edək ki, S.Əhmədova 2006-cı ildən Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə