Qazaxıstanda qızılca geniş yayılıb

Mayın 6-na olan məlumatlara görə, Qərbi Qazaxıstanda qızılca xəstəliyinə tutulanların sayı 82 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ural bölgəsində 54 yoluxma halı qeydə alınıb. Vəziyyəti stabilləşdirmək üçün regionda 9-10 aylıq uşaqlar vaksinasiyaya cəlb edilib. Ümumilikdə isə 40 yaşına qədər hər kəsə vaksin vurulması tövsiyə edilib.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər Qazaxıstanda 5347 qızılca halı qeydə alınıb. Onlardan 3899 hal uşaqlar arasında qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...