Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 77 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Virus 2018-ci ildə ölkədə qeydə alınıb və tez bir zamanda əyalətlərə qədər yayılıb.

Virusun geniş yayılmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyətin elan olunmasına ehtiyac bilmir.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə