Nyu Yorkda “qızılca” həyəcanı

“Qızılca” xəstəliyinin yayılması səbəbindən Amerika Birləşmiş Ştatlarının (ABŞ) 8 milyondan çox insanın yaşadığı Nyu-York şəhərində fövqəladə vəziyyət elan edilib. SİA-nın “Sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Nyu Yorkun meri Bill de Blasio “qızılca”nın Bruklində ultra-ortodoks yəhudi icmasının yaşadığı Villiamsburg və Borou Parkda yayıldığını bildirib.

Xəstəliklərin İdarə Olunması və Müalicəsi Mərkəzinin bəyanatında qeyd olunub ki, cari ilin əvvəlindən ölkədə 465 qızılca faktı aşkar edilib. Ötən ay isə Nyu-Yorkun Rokland rayonunda qızılca xəstəliyinə qarşı peyvəndlənməyən uşaqların məktəbə getməyi qadağan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə