700-dən çox insan Ebola virusunun qurbanı olub

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulun sonundan indiyədək 702 nəfər Ebola virusundan həyatını itirib. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bu barədə öz “Twitter” hesabında qeyd edib.

Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, aprelin 5-də ölkədə 1117 Ebola virusuna yoluxma faktı aşkarlanıb ki, onlardan 1051-i təsdiqini tapıb, 66 faktın isə virus olduğu ehtimal olunur.

Ötən ilin iyul ayından indiyədək 702 nəfər ölüb, 339 nəfər sağalıb. Aprelin 4-də Ebola virusuna 10 nəfər yoluxub, 7 nəfər isə ölüb. 295 nəfərin yoluxma ehtimalı əlaqədar müayinələri aparılır. Ötən ilin avqust ayından 95127 nəfər Ebolaya qarşı vaksinasiyadan keçib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə