Televizora az bax və səhər yeməyi ye, insult riskindən azad ol!

Nadir hallarda televizora baxan və müntəzəm olaraq səhər yeməyi yeyən insanlar qan damarları ilə bağlı problemlərdən daha az əziyyət çəkir və daha elastik arteriyalara malik olur. Bu isə ürək-damar xəstəlikləri və insult riskini azaldır. Oxu.az bildirir ki, bu barədə elmi məqalə "EurekAlert!" nəşrində dərc olunub.

Mütəxəssislər Korinf yunan şəhərinin iki minə yaxın sakininin həyat tərzi ilə bağlı məlumatlarını təhlil edib. Tədqiqata 40-99 yaşları arasında könüllülər cəlb olunub. Məlum olub ki, oturaq həyat tərzi keçirən və tez-tez divanda oturub televizora baxan insanlarda televizordan az istifadə edən insanlarla müqayisədə, qan damarlarında zərərli çöküntülərin miqdarı daha çox olur.

Alimlər qeyd edir ki, aşağı enerji sərfiyyatlı fiziki aktivlik belə, (məsələn, ev işləri) bu aspektdə sağlamlığa müsbət təsir göstərir.

Televizora həftə ərzində 21 saatdan çox baxan insanlarda televizor qarşısında həftəlik yeddi saatdan az vaxt keçirən insanlarla müqayisədə, hipertenziya riski 68 faiz, diabet riski 50 faiz çox olur.

Paralel olaraq, süd, çörək, pendir və qarğıdalı lopalarından ibarət yüksək enerjili səhər yeməyi arteriyaların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə