"Agentlik transplantasiya xərclərini öz üzərinə götürməlidir"

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi donor transplantasiyası ilə bağlı əməliyyatların xərclərini öz üzərinə götürməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədrinin sözlərinə görə, elə insanlar var ki, bu əməliyyatı reallaşdırmağa imkanı yoxdur: “Belə əməliyyatlar gecikdirilə bilməz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5-6 əməliyyatı öz üzərinə götürməklə işini bitmiş hesab etməli deyil. Xahiş edirəm ki, bu təklifimi dövlət agentliyinin direktoru Zaur Əliyevə çatdırın. Yəni bu istiqamət üzrə tutumlu maliyyə ayrılmalıdır. Düşünməyin ki, dövlət büdcəsindən bu istiqamətdə dövlət agentliyinə vəsait ayrılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...