"Həkimlərə də orqan transplantasiyası aparmağa icazə verilsin"

Azərbaycanda orqan transplantasiyasının aparılması üçün dövlət tərəfindən icazənin yalnız xəstəxanalara deyil, ayrı-ayrı həkimlərə də verilməsi təklif edilir. SİA-nın məlumatına görə, bunu tibb elmləri doktoru Nuru Bayramov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırkı qanunveriiciliyə əsasən, transplantasiyanın aparılması üçün icazə həkimlərə deyil, yalnız xəstəxanalara verir: “Amma dünya təcrübəsində həkimlərə də orqan tranplantasiyasının aparılmasına icazə verilir. Ona görə də dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da xəstəxanalarla yanaşı, mütxəxəsisislərə də transplantasiyanın aparılması üçün icazə verilsin”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...