UEFA Avropa Liqasının final oyunun tibbi təminatı ilə bağlı ƏMR

Səhiyyə naziri Oqtay Şirəliyev “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə” əmr imzalayıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi tapşırılıb.

Əmrdə, eyni zamanda oyun zamanı ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə