Rumıniyada və Latviyada qripdən ölənlərin sayı artıb

Rumıniyada artıq 166 nəfər qripdən dünyasını dəyişib. SİA xəbər verir ki, sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb. Bu barədə Rumıniya epidemiyalara nəzarət milli mərkəzi məlumat yayıb. Vəfat edən adam qripdən peyvənd olunmayıb.

Qeyd edək ki, yanvarın sonunda Rumıniya səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.Qış mövsümü Latviyada qripdən dünyasını dəyişənlərin sayı altmışı ötüb.

Latviyada isə qış mövsümündə 61 nəfər qripdən dünyasını dəyişib. Sonuncu ölüm faktı ötən həftə baş verib. Belə ki, 20 yaşlı gənc qrip virusu nəticəsində yaranan ağırlaşmadan dünyasını dəyişib. Ölənlərin heç biri peyvənd almayıb.

Ölüm hadisələri əsasən 4-14 yaş arası uşaqları əhatə edir. Məsələnin ciddiləşməsini nəzərə alan Latviya Səhiyyə Nazirliyi hələ yanvarın 15-də ölkədə həyəcan təbili çalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə