Rusiyanın səhiyyə naziri: “İki həftə dözün"

Rusiya Səhiyyə Nazirliyi proqnozlaşdırır ki, bu il qrip epidemiyası aprelin ortalarında başa çatacaq. Xəbər verilir ki, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Birinci kanala müsahibəsində deyib.

O deyib: “İki həftə dözmək qalıb. Sonra qrip sabitləşmə mərhələsinə qədəm qoyacaq və yoluxanların sayı azalmağa başlayacaq. Haradasa aprelin ortalarında qrip tamamilə aradan qalxacaq. Epidemiyanın özü adətən 12-14 həftə sürür. Biz faktiki olaraq sabitləşməyə yaxınlaşmışıq. Sonra yoluxanların sayı yavaş-yavaş azalacaq”.

Nazirin sözlərinə görə, əhalinin vaksinasiyası sayəsində qripə yoluxma və qripdən ölmə halları xeyli azalıb. 2006-cı ildən başlayaraq 12 il ərzində bizdə xəstəliyə yoluxma 13 dəfədən çox azalıb, vaksinasiyanın əhatə dairəsini 2,5 dəfədən çox genişləndirdiyimizə görə qripdən ölüm hallarının sayı 20 dəfədən çox azalıb.

Rusiya Səhiyyə Nazirliyinin daha əvvəl açıqlanmış proqnozuna görə, 2019-cu ildə qrip epidemiyası orta intensivlik həddini keçməyəcək.

“Rospotrebnadzor”un Epidemiologiya Nəzarəti İdarəsinin rəisi Yelena Yejlova bildirib ki, Rusiya Federasiyasının 43 subyektində kəskin respirator virus infeksiyası və qrip üzrə epidemik hədd aşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...