Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.
Son aylar Azərbaycanda çox uşaqlara və gənclərə tez-tez diaqnoz olunan və xəstəxanalarda da bu diaqnozdan müalicə alanların az olmadığını nəzərə alıb, pnevmoniyanın "səssiz qatil” növü hesab edilən gizli pnevmoniyanın əlamətlərini və ağırlaşmalarını araşdırdıq. Medicina.az xəbər verir ki, ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir.
Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.
Adətən bu hal immuniteti zəif insanlarda baş verir.
İl ərzində kontrolsuz antibiotik qəbulu da pnevmoniyaya səbəb olur. Gizli pnevmoniyanı daha da gizlədən səbəb xəstənin soyuqdəymə vaxtı, öskürək başlayanda müxtəlif öskürək əleyhinə dərmanlar, siroplar içməsidir ki, öskürəyin qarşısını alıb, xəstəliyi daha da dərinə qovur.
Atipik pnevmoniyanın günahkarları yarasalardır
Ümumiyyətlə, pnevmoniya yaradan mikrobların insana yarasadan keçməsi sübut olunub.
Bu patologiya çox ciddi diaqnostik tədbirlər tələb edir. Çünki ən peşəkar həkim belə ağciyərlərə qulaq asmaqla pnevmoniyanı aşkar edə bilməz. Ona görə də xəstə ağırlaşma olmadığına görə evdə qalır, terapevt hərarət və güclü öskürək görmədikdə adi müalicə yazır və nəticədə xəstə 10 gün ərzində letal nəticə - ölümlə üz-üzə qalır.
Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.
Gizli pnevmoniyanın əlamətləri:
-Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi
-Tənəffüsün fitverici olması
-Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur
-Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi
-Dərin nəfəs alma zamanı ağrı
-Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
-Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə
Uşaqlar risk qrupundadır
Uşaqlarda bu xəstəlik daha sürətlə və gizli gedir, uşaq valideyninə nə hiss etdiyini anlada bilmir, bu da valideyni arxayınlaşdırır.
Uşaqlarda əsas əlamətləri:
-Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir
-Tərləmənin artması
-Səbəbsiz ağlaması
-Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması
Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin. Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.
Diaqnostikası:
Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkalananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır. Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz.
Müalicəsi:
Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.
Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir. Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.
DİQQƏT: PNEVMONİYA ÖLÜM DƏRƏCƏSİNƏ GÖRƏ DÜNYADA 4-CÜ YERDƏDİR
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qış Sankt-Peterburqa qayıdır..?
Maraqlı 20:05ABŞ Çinə ultimatum verib
Dünya 19:58Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olduq
İqtisadiyyat 19:05Nazirlər arasında telefon danışığı olub
Dünya 18:46Çünki “çox gec ola bilər”...
Dünya 18:27Misirin XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 17:56Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər
İqtisadiyyat 17:18Radikal müxalifət iflasa uğrayıb
Siyasət 17:08EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib - FOTO
İqtisadiyyat 17:02Zülfüqar Hacıbəyli – 140 TƏHLİL
Siyasət 16:55Xınalığa dolu düşüb
Sosial 16:50Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə!
Təhsil 16:04Qadınlığa hörmət et, QADIN!
Köşə yazıları 16:03Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb - FOTOLAR
Siyasət 15:20Deputat Ucarda seçiciləri ilə görüşüb
Siyasət 15:15Azərbaycan: kəsişən dəhlizlər – ANALİTİK
İqtisadiyyat 15:09Soğan tək soyulasınız... -FELYETON
Sosial 14:52“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
Texnologiya 14:49Almaniya skuterdən istifadəni qadağan edib
Dünya 14:41AYNA auditor seçir
Sosial 14:15Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 14:02ANAMA sığortaçı seçir
Sosial 13:44Sumqayıtda qanunsuz tikili sökülüb - FOTO/VİDEO
Hadisə 13:16Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Sosial 12:47Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Sosial 12:43Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
“Milli Şura” növbəti dəfə özünü rüsvay etməyə hazırlaşır
18 Aprel 17:23
Heyf telefona dəyişdiyimiz kitablardan...
18 Aprel 15:56
Populyar
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
13 Aprel 09:11
ABŞ-da hakimiyyətin Putinlə bağlı səhvindən danışıblar..?
14 Aprel 00:32
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 -0,39%
- GBP 2,1115 -0,39%
- RUB 0,0181 +0,55%
Sizin reklam yeriniz
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;