Gənc qızın ölməsi barədə söylənilən iddialara münasibət Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Bakıda Nərdanə Şirvan qızı Tağızadənin nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb: "Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb".

Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...