3379 nəfərdə qızılca xəstəliyi aşkar edilib

Ukraynada 3,3 mindən çox insan qızılca xəstəliyinə tutulub ki, onlardan 1,8 minini uşaqlar təşkil edir. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

2019-cu ilin ilk 5 beş həftəsində 3379 nəfərdə qızılca xəstəliyi aşkar edilib. Onlardan 1499 nəfəri böyük, 1880 nəfəri isə uşaqdır", - deyə məlumatda deyilir.

Nazirliyin məlumatına görə, ötən ilin 28 dekabr tarixindən 2019-cu ilin fevralın 1-dək 15955 nəfərdə qızılca xəstəliyi aşkarlanıb. Onlardan 6364 nəfəri böyük, 8731 nəfərini isə uşaqlar təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə