Xərçəng xəstəliyinin qarşısını bu üsulla ala bilərsiniz DİQQƏT

Xərçəng xəstəliyinin qarşısının alınmasının ən yaxşı yolu sağlam həyat tərzidir. İlk növbədə siqaretdən istifadəyə qadağa qoyulmalıdır. SİA-nın xəbərinə görə, bunu Heidelberq Almaniya Xərçəng Araşdırma Mərkəzinin rəhbəri, professor Maykl Baumann bəyan edib.

Professor bildirib ki, bütün növ xərçəng növlərinin təxminən 30% -i siqaretlə bağlıdır: “Ən yaxşı ehtiyat tədbiri - siqaret çəkməməkdir”

Onkoloq bildirib ki, düzgün qidalanmaq və yetərli hərəkət xərçəngə xəstəliyinə qarşı ən yaxşı mübarizə üsuludur.

Maykl Bauman eyni zamanda vaksinasiya və erkən müayinələrdən keçməyi məsləhət görür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə