Hər on min nəfərə 33 həkim və 55 tibb işçisi düşür

Keçən il ölkəmizdə 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onlardan 9-u paytaxtda, 36-sı isə regionlardadır. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, il ərzində Elmi Tədqiqat Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon Mərkəzi xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilib.

Həmin mənbədən verilən məlumata görə, bu ilin əvvəlində ölkəmizdə 32,3 min həkim və 53,8 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1740 ambulator-poliklinika müəssisəsi fəaliyyət göstərir. Ölkədə əhalinin hər on min nəfərinə orta hesabla 33 həkim və 55 orta tibb işçisi düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə