İspaniyada 4 min tibb mütəxəssisi çatışmır

İspaniyanın Səhiyyə, İstehlak və Sosial Təminat Nazirliyinin tədqiqatına görə, 2025-ci ilədək ölkədə tibb personalının çatışmazlığı 3 dəfə artacaq.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, nazirlik tərəfindən aparılan son tədqiqatın göstəricilərinə əsasən, ölkənin səhiyyə sistemində çatışmayan tibb mütəxəssislərinin sayı təxminən 4 min nəfərə bərabərdir. Bu vəziyyət 50 faizi 50 yaşından yuxarı olan personalın təqaüdə çıxacağı halda, həmçinin internatura keçmək problemi ilə də bağlı daha da kəskinləşəcək.

Səhiyyə, istehlak və sosial təminat naziri Mariya Luiza Karsedo bəyan edib ki, həkim çatışmazlığı onların düzgün paylaşdırılmaması ilə bağlıdır. Əslində İspaniyada ümumilikdə 192 min (100 min əhaliyə) məzun var. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında ən yüksək göstəricilərdən biridir.

Həmçinin feminizasiyada - həm birlikdə, həm də ixtisas üzrə böyük fərq mövcuddur. Madriddə həkimlərin 61 faizi qadınlardır, Estremadura, Seuta və Melilyedə onlar işçi qüvvəsinin yarısından az hissəsini təşkil edirlər. Pediatriyada hər dörd həkimdən üçü, urologiyada isə hər beşinci həkim qadınlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə