Astarada keçirilən humanitar aksiyada 100-dən çox uşaq müayinə olunub

Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Respublika Uşaq Kliniki Xəstəxanasının həkimləri rayon mərkəzi xəstəxanasında 100-dən çox uşağı müayinədən keçiriblər.

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev bildirib ki, humanitar aksiya zamanı Respublika Uşaq Kliniki Xəstəxanasının həkimləri - tibb üzrə fəlsəfə doktoru, həkim-hematoloq Sevinc Əlifəttahzadə və həkim-kardioloq Kəmalə Aslanova müayinədən keçən uşaqlara müalicə kursları təyin edərək, onlardan bir neçəsinə ixtisaslaşdırılmış yardım göstərilməsi məqsədilə Bakının xəstəxanalarında müalicə almaları tövsiyə olunub.

Rayon sakinləri humanitar aksiyadan razılıqlarını ifadə edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə