Vaşinqton ştatında qızılca xəstəliyi yayılır

ABŞ-ın Vaşinqton ştatında qızılca xəstəliyinə tutulma ilə bağlı 22 hal təsdiqlənib. Klark dairəsinin səhiyyə xidməti virusun gözlənilmədən baş qaldırması ilə əlaqədar tədqiqata başlayıb. Dairədə fövqəladə vəziyyət elan edilib. Xəstəliyə yoluxanlar uşaqlar və 18 yaşadək olan yeniyetmələrdir. 16 uşaqdan 14 nəfəri qızılca əleyhinə peyvənd olunmayanlardır.

Amerika mətbuatı xəbər verir ki, səhiyyə şöbəsinin dərc etdiyi təhlükəli ərazilər siyahısında yerli xəstəxanalar, xristian məktəbləri, Portlend beynəlxalq aeroportu və regionun bəzi kilsələri göstərilir. Qızılca yüksək yoluxuculuq dərəcəsinə malik kəskin infeksiyalı virus xəstəliyidir, yüksək hərarət (40,5 °C-dək), ağız boşluğu seliyinin və yuxarı nəfəs yollarının iltihabı, konyunktivit və dəri qatının ləkəli-düyüncüklü səpgisi, ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) ilə xarakterizə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə