Son iki gündə 11 nəfər dəm qazından zəhərlənib

Son iki gundə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, dəm qazından zəhərlənənlərin 7-si dünən, 6-sı isə bu gün xəstəxanaya gətirilib.

Dünən xəstəxanaya yerləşdirilmiş 7 nəfərin 4-ü artıq evə buraxılıb. İki nəfərin isə bu gün evə buraxılması nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə