"Donuz qrupi"ndən ölənlərin sayı 15 nəfərə çatdı

Batumidə qrip virusundan baş verən ağırlaşmadan 63 yaşlı kişi ölüb. SİA-nın xəbərinə görə, bunu Səhiyyə və Sosial Müdafiə naziri Zaal Mikeladze açıqlayıb.

“Hadisə Batumi tibb mərkəzində baş verib. İnformasiya laboratoriya təsdiqini tapmayana qədər yayımlanmayıb. Laboratoriya 63 yaşlı kişinin həqiqətən də qrip virusundan öldüyünü təsdiqləsə də, onun ölümünə səbəb olacaq digər risk faktorlarını açıqlayıb”, - deyə Mikeladze bildirib.

Batumidə 2018-2019 mövsümündə bu, beşinci qrip ölümü halıdır. Ümumilikdə Gürcüstanda “donuz qripi”ndən 15 nəfərin öldüyü təsdiqlənib.

Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri açıqlamasında söyləyib ki, qrip virusuna görə hospitallaşdırılan xəstələrin sayı 616-dan 845-ə qədər artıb. Reanimasiya şöbəsində yatan xəstələrin sayı ilə 39-dan 44-ə çatıb.

Qeyd edək ki, hazırda Gürcüstanda 10 min nəfərdən 256 nəfəri qrip virusuna tutulub. Epidemik vəziyyət 10 min nəfərdən 450-500 nəfəri qrup virusuna yoluxduğu halda, elan edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə