İtaliyada 1,5 milyondan çox insan qripə yoluxub

İtaliya Ali Səhiyyə İnstitutu ölkədə 1,2 milyondan çox vətəndaşın qripə yoluxması haqqında məlumat yayıb. SİA İtaliya Ali Səhiyyə İnstitutuna istinadla xəbər verir ki, dekabrın 17-dən 23-dək qripdən müayinə edilənlərin sayı təxminən 225 min nəfərədək artıb.

Daha çox qripə yoluxanlar 5 yaşınadək uşaqlar olub. Əhali arasında orta hesabla hər 1000 nəfərdən 11-i qripə yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə