Göyçayda yeni tibb məntəqəsinin layihəsi təsdiqlənib

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuku Katori yeni tibb məntəqəsi layihəsi üçün Göyçayda olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Teruyuki Katori Yeniarx kəndinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin edəcəyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində Göyçay rayonunda həyata keçirilən sayca yeddinci layihədir və ümumi məbləği 49,585 ABŞ dolları təşkil edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə