Gənclərin “V Beynəlxalq Tibb Konqresi” keçirilir - FOTOLAR

Noyabrın 1-də Azərbaycan Tibb Universitetində (ATU) gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tibb Konqresi” öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu konqresin təşkilinin artıq ənənə halı aldığını deyib: “Ali məktəb qarşısında duran ən mühüm vəzifələrdən biri də istedadlı, ixtisaslaşmış kadrlar yetişdirməkdir. Bu baxımdan beynəlxalq konqreslərin böyük əhəmiyyəti var. Ölkəmiz elm, təhsil, idman və tibb sahələrində davamlı olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”.

Sonra tədbir tibbin müxtəlif sahələrinə dair plenar sessiyalarla davam etdirilib. Sessiyalarda həm azərbaycanlı, həm də xarici mütəxəssislərin məruzələri dinlənilir.

Xatırladaq ki, I Beynəlxalq Tibb Konqresi 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Həmin ildən etibarən hər il ATU-nun təşəbbüsü və təşkilatçılığı, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq tibb konqresi keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...