İran gəmisində ölən şəxslərin meyitləri təhvil verildi

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar. Bu barədə mətbuata Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə