Türkiyəli professor: "Kələm turşusu qaraciyərin yağını əridir”

Daxili xəstəliklər və Kardiologiya üzrə mütəxəssis, professor Canan Karatay dünyanın ən sağlam qidasının kələm olduğunu açıqlayıb. Karatayın sözlərinə görə, kələm turşusu dünyanın ən vacib tibbi məhsullarından biridir: "Turşu xərçəng, ürək xəstəsi, altsaymer olmağınızın qarşısını alır, qaraciyərin yağını əridir, şəkəri nizamlayır”.

Kələmin faydaları bununla bitmir, yarpaqlarında olan foli turşusu qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsi prosesinə kömək edir və qadınlar üçün faydalıdır. Kələm ağrıkəsici və iltihab əleyhinə yaxşı vasitədir. Ürək, böyrək, sidik kisəsi xəstəlikləri və qəbz vaxtı kələm məsləhət görülür.

Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Kələm müxtəlif dəri xəstəlikləri, artrit zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...