Türkiyəli həkimdən XƏBƏRDARLIQ: "Bu dərmanlar mədənizi deşə bilər!"

Qış aylarında soyuqdəymə, qrip və öskürək kimi hallar artdığı üçün bəzi dərmanların istifadəsi çoxalır. Amma mütəxəssislər bunun fəsadları olduğuna dair xəbərdarlıq edir. AMİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim Orhan Sezgin qışda hər kəs tərəfindən çox istifadə olunan dərmanların səbəb olduğu problemlər barədə danışıb. O, bunun ciddi fəsadlar yaratdığını vurğulayıb: “Hava şərtlərinin dəyişməsi ilə əlaqədar müxtəlif xəstəliklər ortaya çıxır və bu səbəbdən insanlar həkim təyinatı olmadan dərman içməyə başlayırlar. Belə dərmanlardan birincisi ağrıkəsicilərdir. Bu ərəfədə sıxlıqla istifadə edilən ağrıkəsicilər mədə və bağırsağa zərər verə bilir.

Bundan başqa, yüksək hərarət olanda da insanlar müxtəlif qızdırmasalıcılardan istifadə edirlər. Bu dərmanlar da mədə-bağırsağa mənfi təsir edir. Hətta mədənin deşilməsinə belə gətirib çıxara bilər”.

Həkim deyir ki, yaz aylarında mədə və bağırsaq şikayətlərinin, həzmsizlik və qarın ağrısının artması adətən gözləmədiyimiz bir vəziyyətdir: “Bunu ortaya çıxaran səbəblərdən biri də havaların soyuması ilə insanlar arasında ağrıkəsici, qızdırmasalıcı dərmanların istifadəsinin artmasıdır. Bu dərmanların özbaşına və çox istifadəsi mədə və onikibarmaq bağırsaqda qanama və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaşanmasına səbəb olan amillərdəndir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...