Qanvermə aksiyasında 2403 litr qan tədarük olunub AÇIQLAMA

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın SİA-ya verdiyi məlumata görə, qanvermə aksiyası saat 18:00-dək davam edəcək.

Onun sözlərinə görə, hazırda respublika üzrə 5 min 340 adam qan verib: "Ümumilikdə 2403 litr qan tədarük olunub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə