Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?
Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Trend-in məlumatına görə, ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb. 2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17636 nəfər, 2015-ci ildə 24530 nəfər, 2016-cı ildə 26129 nəfər olub.
2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva da Trend-ə bildirib ki, əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemə indi azyaşlı uşaqlarda da rast gəlinir.
Onun sözlərinə görə, son 10 ildə 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikada iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.
Y.Abdiyevanın sözlərinə görə, əvvəllər tədqiqatçılar bunun əsas səbəbini uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticəsi isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur.
Y.Abdiyeva deyib ki, uşaqların gün ərzində dərs oxuması üçün yaxın məsafəyə çox baxması, dərsdən sonra televizor, kompüter, telefonlarla çox vaxt keçirməsi də gözlərdə problemin yaranmasına səbəb olur. Çünki yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına, nəticədə isə görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Mütəxəssis hesab edir ki, uşaqlarda göz problemlərinin olmaması üçün onların idmanla məşğul olmasına, açıq havada olmasına şərait yaradılmalı, onların düzgün qidalanmasına diqqət yetirilməlidir.
Y.Abdiyeva bildirib ki, məktəbəqədər dövrdə uşaqlar yaxıngörməyə səbəb olan kitab oxuma, məktəb tapşırıqlarına hazırlaşma kimi işlərlə məşğul olmadıqlarına görə onlarda gözün yüklənməsi daha az olur. Uşaq məktəbə getməyə başladığı zaman isə adətən, gözdəki proseslər mənfiliyə doğru dəyişməyə başlayır.
Həkim hesab edir ki, gündəlik altı-səkkiz saat dərslərlə məşğul olan məktəblidə görmə zəifliyinin əmələgəlmə riskini kompüter də bir yandan ciddi şəkildə artırır.
Y.Abdiyeva bildirib ki, yaxın görmə prosesləri - televizor, mobil telefon, planşet və kompüterlərə baxmaq göz xəstəliklərinin ciddi şəkildə artmasına səbəb olur. Məktəbəqədər dövrdə uşaqların gündəlik yarım saatla bir saat arasında kompüter, telefonla məşğul olmasına icazə verilirsə, məktəb dövründəki uşaqlar üçün bu müddət yarım saatdan çox olmamalıdır.
Mütəxəssis əlavə edib ki, ümimiyyətlə, uşaqlarda ilk göz müayinəsi ilk doğulan anda doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli hal olarsa, uşaq dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Bir problem olmadıqda isə uşaqların göz müayinələri 1, 3, 5 və 7 yaşlarda aparılmalıdır:
"Hər uşağın gözüylə əlaqədar şikayətlərini ifadə etmədiyini, bəzi uşaqların bu cür problemlərini demədiklərini, bu vəziyyətin xüsusilə də, birinci və ikinci sinif uşaqlarında tez-tez görüldüyünü nəzərə alsaq, məktəbdə müəllimlərə də bir vəzifə düşür. Müəllimlər uşaqların göz müayinəsindən keçmələrinin lazım olması barədə uşaqları məlumatlandırmalıdırlar. Məktəblərdə uşaqların daha yaxşı işıqlandırılmış otaqlarda dərs keçmələrini təmin edilməli, müəllimlər uşaqların nəzərinə kitaba 30-35 sm məsafədən baxmalarının təmin edilməsinin göz sağlamlığı baxımından lazımlı olduğu diqqətə çatdırmalıdırlar".
Y.Abdiyeva uşaqlarda ən çox rast gəlinən göz xəstəliklərinin adlarını da açıqlayıb.
Onun sözlərinə görə, bunlar gözün qırpma qüsurları (miopiya, hipermetropiya və astiqmatizm), cəplik, göz tənbəlliyi, ptoz, iltihabi xəstəliklər, burun-göz yaşı kanalı tutulmaları, göz qapağında olan törəmələr və s., anadangəlmə katarakta və s.-dir. Uşaqlarda göz xəstəliklərinin əlamətləri, gözləri qıymaq, televizora yaxından baxmaq, cisimləri gözə yaxın tutmaq, çəplik, gözlərin qızarması, sulanması, göz qapaqlarının şişməsi, baş ağrısı və s.-dir.
Y.Abdiyeva əlavə edib ki, uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri olan miopiya uzağı görə bilməmə halıdır. Uzağı çətinliklə və qeyri-kafi görən uşaq öyrənmədə çətinlik çəkir. Bu, onda mətnin axıcı oxuması və tez dərk etməsinə maneə törədir, diqqət əskikliyi sindromu müşahidə edilir.
Yüksək hipermetropiya zamanı uşaqlarda göz tənbəlliyinə səbəb olma riski olur. Uşağa gözündəki qüsura uyğun olaraq, eynək taxmaqla müalicə edilə bilər. İki göz arasında göz qüsurunun çox olduğu zaman gözdə kontakt linza taxılması idealdır.
Eynək taxmağa səbəb olan astigmatizm genetik xüsusiyyət olaraq da özünü göstərə bilir. Bu göz xəstəliyi uzaq, yaxın və ya hər iki məsafədə olan görməyə təsir edə bilər. Xəstəliyin müalicəsi uyğun nömrədə eynək verilərək edilir:
"Gözdə ən çox rast gəlinən infeksiyalar soyuqdəymədən yaranır. İnfeksiyanın təməlində uşaqdakı allergik faktorlar və kirpikdibi iltihablar ola bilər. Allergiya ilə başlayan göz soyuqdəyməsi zamanı gözün əllə qaşınması bakteriya və virusların çoxalmasına səbəb olur. Gözdə illərlə davam edən allergiya zamanı soyuqdəymə səbəbindən "keratokonus" xəstəliyi də yarana bilər. Bu xəstəliyin əlamətləri gözdə batma, yanma, qaşıntı hissinin olması, göz sulanmasının olmasıdır. Xəstəliyin müalicəsi zamanı mikroba görə müalicənin edilməsi və allergik faktorların aradan qaldırılması lazımdır".
Y.Abdiyeva bildirib ki, gözdə itdirsəyi xəstəliyi əldən, dəsmaldan ya da hovuz suyundan mikroba yoluxmaqla meydana gələ bilər. Xəstəliyin əsas səbəblərdən biri kirpikdibi iltihabı vacib sayılmalıdır. Xəstəliyin əlamətləri göz qapaqlarında şişlik, ağrı ola bilər. Müalicəsində göz qapağı gigiyenasının təmini məqsədilə təmizləmə salfetlərindən, ilıq sarğı və antibiotik damcılardan istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri
Hadisə 09:58Xankəndidə silah-sursat tapılıb
Hadisə 09:57Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
İqtisadiyyat 09:34“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarlarının yığıncağı keçiriləcək
İqtisadiyyat 09:24Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır
İdman 09:19“Neftqazmaş” ASC mənfəətini bölüşdürəcək
İqtisadiyyat 09:05Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:01Həkim Faiq Ağayevə sərt qadağa qoydu
Şou-Biznes 08:39“Atletik”in əfsanəsi komandanı tərk edir
İdman 07:24Kosmosda nüvə silahının qadağası baş tutmadı
Dünya 02:31Polisin xidməti maşını...vurulub?
Hadisə 00:51Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırıb...
Dünya 00:42Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edilib
Texnologiya 24 Aprel 23:52Tbilisi ilə Vilnüs arasında diplomatik qalmaqal yaranıb
Dünya 24 Aprel 23:44Sankt-Peterburqda rok musiqiçisinin məzarı dağıdılıb...
Şou-Biznes 24 Aprel 23:36Niger Rusiyadan silah almaq istəyir...
Dünya 24 Aprel 23:25Media blogger Lena Mironun ölüm versiyasına şübhə ilə yanaşır
Dünya 24 Aprel 23:12Qonşu qonşunun avtomobilini yandırıb...
Hadisə 24 Aprel 23:05DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
Sosial 24 Aprel 22:55Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
Mədəniyyət 24 Aprel 22:44Yurgen Kloppun əvəzinə yeni namizəd
İdman 24 Aprel 22:34Almaniyada ukraynalı qaçqın qızlar kar uşağı qaçıraraq döyüblər
Dünya 24 Aprel 22:29Azərbaycan Kuboku: “Qarabağ” finala yüksəlib
İdman 24 Aprel 22:15Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
Mədəniyyət 24 Aprel 22:07Paraüzgüçümüz Avropa çempionatında qızıl medal qazanıb
İdman 24 Aprel 21:52Ukraynanın təhlükəli reaktiv yaylım atəşi sistemi məhv edilib
Dünya 24 Aprel 21:46ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
Dünya 24 Aprel 21:36Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları
Siyasət 24 Aprel 21:26Litva Kiyevdəki səfirini geri çağırıb
Dünya 24 Aprel 21:15“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum
Siyasət 24 Aprel 21:09Ali qonağın şərəfinə dövlət ziyafəti
Siyasət 24 Aprel 20:58Ərdoğan Berlini Ankaranın mühüm müttəfiqi adlandırıb
Dünya 24 Aprel 20:45Ursula fon der Leyeni Mario Draqi əvəzləyəcək..?
Dünya 24 Aprel 20:38Lukaşenko heç vaxt oğru olmadığını deyir...
Dünya 24 Aprel 20:26İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
Siyasət 24 Aprel 20:15"Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı"
Siyasət 24 Aprel 20:03Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
Təhsil 24 Aprel 19:59"Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib"
İqtisadiyyat 24 Aprel 19:44Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
Siyasət 24 Aprel 19:41BMT-nin hesabatı: Dünyada 282 milyon insan acdır
Dünya 24 Aprel 19:3835 il də türmə həyatı olar..?
Dünya 24 Aprel 19:25İranda məşhur reper edam cəzasına məhkum edilib
Dünya 24 Aprel 19:14İpoteka krediti ilə bağlı hansı dəyişikliklər var? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 24 Aprel 19:11Simonyandan Rusiya ilə bağlı dediyi fikirlərə aydınlıq gətirilməsi istənilib...
Dünya 24 Aprel 19:04Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
İdman 24 Aprel 18:54Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
Siyasət 24 Aprel 18:48“Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır” - ŞƏRH EDİLDİ
Siyasət 24 Aprel 18:45Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
Hadisə 24 Aprel 18:43İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 24 Aprel 18:39“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir
Texnologiya 24 Aprel 18:39Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 24 Aprel 18:36Timur İvanovu Ukrayna kəşfiyyatı həbs etdirib
Dünya 24 Aprel 18:27Qazaxıstan və Böyük Britaniya strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünya 24 Aprel 18:17Azərbaycandan dünyaya Yaşıl Baxış
Siyasət 24 Aprel 18:11Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...YENİLƏNƏCƏK
Siyasət 24 Aprel 18:05İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
Dünya 24 Aprel 18:02“Qondarma erməni soyqırımı: iddialar və faktlar” UNEC-də beynəlxalq konfrans
Siyasət 24 Aprel 17:59Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
Təhsil 24 Aprel 17:57COP 29-a ev sahibliyi əhəmiyyətli və məsuliyyətlidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Siyasət 24 Aprel 17:31“Dövlət investisiyalarının əsas mənbəyi neft-qazdan gələn valyutadır” - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 24 Aprel 17:15Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib - FOTO/VİDEO
İqtisadiyyat 24 Aprel 17:13Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
İdman 24 Aprel 17:10Ombudsman Böyük Britaniya səfirini məlumatlandırıb
Siyasət 24 Aprel 17:10Azərbaycanın sabiq baş pediatrı intihar edib, cinayət işi başlanıb - YENİLƏNİB
Hadisə 24 Aprel 17:09“Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” - Qaradağ rayonunda dəyirmi masa
Siyasət 24 Aprel 17:06“Gənclərimiz ölkənin gələcəyi olduqlarını unutmamalıdırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
Sosial 24 Aprel 17:00Yazıçı, şair Şövkət Horovlunun yaradıcılıq gecəsi keçirildi
Mədəniyyət 24 Aprel 16:57“Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi”
İqtisadiyyat 24 Aprel 16:54Özəl xəbərlər
Digər xəbərlərİpoteka krediti ilə bağlı hansı dəyişikliklər var? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 24 Aprel 19:11“Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır” - ŞƏRH EDİLDİ
Siyasət 24 Aprel 18:45Erməni kilsəsinin ƏNƏNƏVİ POZUCULUQ MİSSİYASI - TƏHLİL
Siyasət 24 Aprel 18:03“Dövlət investisiyalarının əsas mənbəyi neft-qazdan gələn valyutadır” - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 24 Aprel 17:15Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8198 +0,49%
- GBP 2,1173 +0,86%
- RUB 0,0182 0,00%