XƏBƏRDARLIQ: Bu dərmanlar insult yaradır!

Tayvan alimləri dünyada ən geniş yayılmış beş ağrıkəsicinin nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırıblar. Belə ki, tədqiqatın nəticələri "British Journal of Clinical Pharmacology" jurnalında dərc edilib.

Alimlər yüksək təzyiqdən əziyyət çəkən 56 min pasiyent barədə məlumata istinad ediblər. Məlum olub ki, ibupren, diklofenak, tselekoksib, mefenamik turşusu və naproksen preparatları ürəktutmasına və insulta səbəb olur. Orta hesabla ibupren qəbul edən 330 nəfərdən birində dörd həftə ərzində ürəktutması və ya insult qeydə alınıb. Tselekoksib daha təhlükəli preparatdır, çünki orta hesabla 105 xəstədən biri eyni nəticə ilə üzləşib.

Müvafiq olaraq diklofenak və naproksen qəbul edən xəstələrdə isə orta hesabla 245 və 214 nəfərdən biri ürəktutmasına və insulta məruz qalıb. Bu preparatlar arasında ən təhlükəsizi mefenamik turşusudur, çünki orta hesabla 394 xəstədən birində ürəktutması müşahidə olunub.

Daha əvvəl məlum olub ki, ibupren qəbul edən kişilər sonsuzluq problemi ilə üzləşə bilərlər. İbupren hamiləliyin ilk üç ayında qadın cinsindən olan dölün fertilliyinə də pis təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə