Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

Avqustun 10-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar mərkəzi rayon xəstəxanasında Ucar, Göyçay, Kürdəmir, Ağsu rayonlarının sakinlərini qəbul edib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və bir sıra digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərində olmayan məsələlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə