Səhiyyə naziri Ucarda dörd rayonun sakinləri ilə görüşəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında Ucar, Göyçay Kürdəmir və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə