Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri vəfat edib. SİA-nın məlumatına görə, ATU-nun Azərbaycan dili kafedrasının müdiri, dosent Miriyev Akif Fərman oğlu dünyasını dəyişib.

Qeyd edək ki, A.Miriyev İmişlidə anadan olub. O, 1977-ci ildən ATU-da işləyib, 1977-1994-cü illərdə universitetdə müəllim, 1994-2008-ci illərdə dosent, 2008-ci ildən isə Azərbaycan dili kafedrasının müdiri vəzifəsini icra edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə