Çimərliyə gedərkən nələrə diqqət etməliyik?

Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcov çimərlik mövsümü ilə əlaqədar sakinlərə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu şəraitdə dəri xərçənginin yaranması da istisna deyil.

Mütəxəssis günorta saat 12-dən 17-dək çimərliyə getməyi məsləhət görmür. Bundan başqa, həkim bildirir ki, dərman qəbul edən insanlar ehtiyatlı olmalı və gün kremlərindən istifadə edilməlidir.

Həkim tövsiyə edir ki, çimərlikdə olarkən dəridə hər hansi qızartı, qaşınma, şişkinlik əmələ gəlirsə, dərhal dəri həkimlərinə müraciət etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə