Metrodan təxliyə edilənlərin vəziyyəti ilə bağlı SON XƏBƏR

Dünən axşam saatlarında Bakı Metropolitetində baş vermiş hadisə ilə əlaqədar 19 nəfər xəstəxanaya müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciət edənlərin 6-sı müxtəlif xəstəxanalara yerləşdirilib. Onların halsızlıq, başağrısı və s. kimi şikayətləri olub.

Xəstəxanalar yerləşdirilən şəxslərin vəziyyətnin stabil olduğu, onlar üçün həyati təhlűkə olmadığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə