"Yanğın xəstəxanaların işində problem yaratmayıb" RƏSMİ

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub.

O qeyd edib ki, elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.

P. Abubəkirov onu da vurğulayıb ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə