Ölkədə narkomanların ümumi sayı 30131 nəfərdir RƏSMİ

Respublika üzrə cari ilin yanvarın 1-nə qədər qeydiyyata düşən narkomanların ümumi sayı 30131 nəfərdir.Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat erilib. Məlumata görə, onlardan 25139 nəfəri dispanser qeydiyyatında, 4992 nəfəri profilaktik qeydiyyatda, 1031 nəfər isə anonim müalicə alanlardır.

Həmin tarixə kimi Respublika üzrə qeydiyyata düşən qadın narkomanların ümumi sayı 595 nəfər təşkil edir ki, onlardan 450 nəfəri dispanser qeydiyyatında,145 nəfər isə , profilaktik qeydiyyatda olanlardır.

Azərbaycamda toksikomanların ümumi sayı 212-dir. Onlardan 207 nəfəri dispanser, 5 nəfəri isə profilaktik qeydiyyatda olanlardır.

2017-ci il ərzində Respublika üzrə 2115 narkoman qeydiyyata götürülüb. Dispanser qeydiyyatında olanların sayı 1566, profilaktik qeydiyyatda olanların sayı isə 549 nəfərdir. Ötən il müddətində qeydiyyatdan çıxarılanların ümumi sayı isə 1432 nəfər olub ki, onlardan 488 nəfəri dispanser, 944 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb.

Qeyd edək ki, Respublika üzrə inyeksion narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir ki, onlardan 393 nəfəri qadındır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə