Diqqət: Sarımsaqla görmə zəifliyindən xilas olun!

Görmə qabiliyyətinin zəifləməsi genetik və xarici faktorlardan asılıdır. Medicina.az xəbər verir ki, pis işıqlandırılmış otaqda mütaliə, kontakt linzalarla yatmaq, televizorun ekranına çox yaxın oturmaq, televizor, mobil telefon, kompüter və s. amillər görməni xeyli zəiflədir.

Aparılan araşdırmalar isə sarımsağın görmə qabiliyyətini artırdığını təsbit edib. Belə ki, sarımsaq gözləri qoruyur, yaşla bağlı əmələ gələn makula degenerasiyasını və görmə problemlərini aradan qaldırır.

Bəs göz xəstəliklərinin müalicəsi üçün sarımsaqdan necə istifadə etməliyik?

Axşam sarımsağı doğrayıb bir stəkan suya qoyun və səhər mayeni için. Sarımsaq çayı da gözlər üçün olduqca effektlidir. Bunun üçün iki diş sarımsağı bir fincan qaynaq suya əlavə edin. Ac qarnına və ya yatmazdan əvvəl için.

Qırx gün sonra bir müddət fasilə edə və sonra yenidən müalicə kursuna başlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB