Neonatologiya üzrə 1-ci Beynəlxalq İntensiv Təlim Kursu keçirilib

“Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci Beynəlxalq İntensiv Təlim Kursu” keçirilib. SİA-nın xəbərinə görə, kurslarda ölkənin 50 aparıcı neonatoloqu üştirak edib.

Kurs yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi məqsədi ilə təşkil olunub.

Kurslar Səhiyyə Nazirliyinin Baş pediatrı Professor Nəsib Quliyev, Baş neonatoloq Rüstəm Hüseynov və Türk Pediatri Kurumunun başkanı, Avropa Pediatriya Cəmiyyətinin baş katibi Prof Dr Mehmet Vural, Türk Neonatoloji Derneğinin başkanı Prof Dr Esin Koç, İstanbul Medeniyet Universitesinin vitse-prezidenti və Çocuk sağlığı ve hastalıkları Ana bilim dalının Prof Dr Hüsnü Fahri Ovalı və Ankara Universitesinin Çocuk sağlığı ve hastalıkları Ana bilim dalının Prof Dr Omer Erdeve tərəfindən aparılıb.

Kursda yenidoğulanlarda invaziv və qeyri-invaziv ventilyasiya, neonatal dövrdə respirator distres sindrom, neonatal sepsis, nekrozlaşan enterokolit, çox az çəkili və ekstremal çəkili yenidoğulmuşlara qayğı, habelə yenidoğulanlarda ensefalopatiya və qıcolmalar, böyrək çatışmazlığı, mürəkkəb ürək qüsurları, yenidoğulmuşların cərrahi müdaxilələrə hazırlanması və postoperativ dövrdə göstərilən qayğı və digər aktual məsələlər müzakirə edilib, iştirakçılara praktik bilik və bacarıqlar aşılanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə