Yunan qabağı - vitamin və minerallar anbarı

Təəssüf ki, bu olduqca xeyirli tərəvəz bizim mətbəxdə az-az istifadə olunur. Xarici ölkələrdə isə (xüsusilə Avropa və Amerikada) yunan qabağı ən populyar tərəvəzlərdən biridir. Orada daha tez-tez tünd yaşıl rəngdə olan sukkini sortu istifadə olunur. Çox dadlı, asan mənimsənilən bu tərəvəz həmçinin çox faydalıdır. Bir çox xəstəliklər və pozulmalar zamanı yunan qabağı dietik məhsul kimi istifadə olunur.

Yunan qabağının tərkibində zülallar, karbohidratlar, karotin, C, B qrupu vitaminləri, pektinlər, maqnezium, kalium, kalsium, dəmir var. Yunan qabağı təbii antioksidant maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə qocalma proseslərlə mübarizə aparır, orqanizmi cavanlaşdırır.

Uzunluğu 20-25 sam olan təzə tam dəyməmiş yunan qabağı ən faydalı sayılır. Bişirilmə zamanı tərəvəzin qabığını soymaq lazım deyil (tərəvəzin qabığında çoxlu faydalı maddələr var). Yunan qabağını pürtlədirlər, qızardırlar, salatlarda, ət və balıq xörəklərdə qarnir kimi istifadə edirlər.

Yunan qabağı kiçik yaşlı uşaqların ilk əlavə qidalanmasına daxil etmək olar. Tərəvəz həm çox faydalıdır, həm asan mənimsənilir, həm də allergik reaksiyalara səbəb olmur. Uşaqlar üçün yunan qabağından püre hazırlamaq olar. Püreyə digər tərəvəzləri də əlavə etmək olar.

Yunan qabağı həmçinin xəstə, əməliyyat və ya ağır xəstəlik keçirmiş, mədə-bağırsaq sistemində problemləri olan insanların qidalanmasına daxil edilir. Yunan qabağı azkalorili məhsuldur və bu səbəbdən müxtəlif arıqlamaq üçün olan pəhrizlər zamanı geniş istifadə oluna bilər.

Yunan qabağı orqanizmə artıq mayedən və duzlardan azad olmağa kömək edir, qanı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Bu səbəbdən yunan qabağı hipertoniya, ateroskleroz, böyrək xəstəlikləri, podaqra, artrir zamanı çox xeyirlidir.

Kalium və maqneziumla zəngin olan yunan qabağı ürək əzələsini qidalandırır, ödemlərlə mübarizə aparır.

Yunan qabağının əsas hissəsini su təşkil edir. Lakin bu adi su detil - bu bioloji aktiv sudur. Belə su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, sərbəst radikallar) yaxşı təmizləyir, dərinin vəziyyətini yaxşılaşdırır.

Yunan qabağı qara ciyərin və ödün fəaliyyətinə müsbət təsir edir.

Yunan qabağı dərimiz üçün də çox xeyirlidir. Bu tərəvəz dərini ağardır və cavanlaşdırır. Yunan qabağından bu kimi maska etmək olar. 1-2 tikə yunan qabağı, 1 yumurta sarısı, 1 xörək qaşığı yulaf yarması, 1 çay qaşığı badam yağı blenderdən keçirin və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...