Gözlərdəki yorğunluğu aradan qaldırmağın yolu

Kompüter qarşısında keçirdiyiniz uzun saatlardan sonra göz ağrısı və göz ətrafınızda şişkinlik kimi narahatlıqlar üzə çıxırsa, gül suyu sayəsində bu problemlərdən qurtula bilərsiniz.

Yorğun və şişkin gözlər xüsusilə oturaq şəkildə işləyən insanların qorxulu yuxusuna çevrilən bir haldır. Gözdə və başda meydana gələn ağrılar insanın həyat keyfiyyətini məhdudlaşdırmaqla yanaşı konsentrasiyasını da aşağı salaraq normal şəkildə işləməsinə mane olur. Ancaq gül suyu buna çarə ola bilər.

Bunun üçün lazım olan məhsullar:

- 1 ədəd qızılgül

- 1 stəkan qaynar su

- 1 çay qaşığı bal

Hazırlanması:

1 ədəd qızılgülün yarpaqlarını bir stəkan suyun içində qaynadın. 10 dəqiqə dəmləndikdən sonra süzün və içinə 1 çay qaşığı bal əlavə edin. Bu qarışımı gözlərinizin ətrafına ehtiyatla yayın. Bu proseduru hər gün tətbiq etdikdə gözlərinizdəki şişkinlik qısa zamanda yox olacaq, baxışlarınızdakı yorğun ifadə aradan qalxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə