Açıqlandı: Dəniz qumunda çox qalmaq iflic riski yaradır

Yay fəslinin ən gözəl istirahət məkanlarından olan çimərlik mövsümü başlamaq ərəfəsindədir. Lakin çimərlik istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir. Belə ki, bir sıra xəstəliklərin sağalmasında dəniz qumunun müalicəvi əhəmiyyəti var.

Mütəxəssislərin dediyinə görə, çimərlikdəki qum dənizdə çimmək və günəş vannası qəbul etmək qədər insan orqanizmi üçün faydalıdır. Dəniz qumu təbii pilinq təsiri göstərir. Hətta keçmişdə şahzadələr də təbii pilinq kimi yalnız dəniz qumundan istifadə edirdilər. Qum qulunc xəstəliyinə və miqrenə də müsbət təsir göstərir. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə kömək edir, arterial təzyiqi tənzimləyir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür. Üzü dəniz qumu ilə yumaq onun daha təmiz və canlı görünməsinə kömək edir.

Lakin mütəxəssislər dəniz qumunun faydası ilə yanaşı, zərərli tərəflərinin olduğunu da bildirirlər. Məsələn, qumda çox qalmaq iflic olma riski yaradır. Bundan əlavə təzyiq, şəkər və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin də uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.

Bütün xəbərlər Facebook səhifəmizdə