Xaricdən ölü donor gətirilməsinə icazə veriləcək

Azərbaycanda ksenotransplantasiya qadağan edilir. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə olunacaq yeni maddədə öz əksini tapıb.

Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.

Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.

Qanun layihəsinə əlavə edilən digər maddəyə əsasən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə də icazə verilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...