Alimlərdən həyəcan təbili: "Yemək hazırlayarkən bitki yağlarından istifadə etməyin!"

"Lütfən, həyatınızla risk etməyin, yemək hazırlayarkən bitki yağlarından istifadə etməyin!". Britaniyanın iki populyar tibbi eksperti Hippocratic Post-da dərc etdikləri sensasiyalı məqalədə belə yazıb. Məşhur kardioloq və çoxsaylı elmi işlərin müəllifi, habelə sağlam qidalanma hərəkatının liderlərindən biri Asim Malhotra və Britaniyanın ən populyar elmi jurnalistlərindən biri, "5:2" pəhrizinin müəllifi Maykl Mouslinin fikrincə, bitki yağları insan orqanizmi üçün həddən ziyadə təhlükəlidir.

Asim Malhotra yazır: "Londondakı sevimli hind restoranına gedəndə həmişə ofisiantdan xahiş edirəm ki, mənimüçn karri hazırlayanda bitki yağından yox, əridilmiş "qhi" yağından, yəni kərə yağından istifadə etsinlər. Piylənmə və ürək sağlamlığı məsələləri ilə məşğul olan kardioloq təki bildirirəm ki, bitki yağlarının yüksək temperatura qədər qızdırılması nəticəsində yaranan zəhərli birləşmələrlə səhhətimi təhlükə altına ata bilmərəm. Əfsuslar olsun ki, Britaniyada və habələ Hindistan subqitəsindəki insanlar hələ də karrini bitki yağında hazırlayırlar".

Bitki yağları insan orqanizmində piylənməyə, ürək xəstəliklərinə, 2-ci tip şəkərli diabetə və xərçəngə səbəb olur. Araşdırmalar göstərir ki, günəbaxan, qarğıdalı, zeytun və s. təki bitki yağları qızdırılanda çox asanlıqla zəhərli aldehidlərə parçalanır. Belə aldehidlər isə insan orqanizmində xərçəng riskini artırır.

Son araşdırmalar göstərir ki, bitki yağında 20 dəqiqə qızardılan ətdə aldehidlərin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı maksimal normalardan 20 dəfə artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə