Bu rəng baş ağrılarını müalicə edir

Harvarda Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, güclü baş ağrısı, miqren zamanı yaşıl rəng ağrıların intensivliyini azaldır. Eksperiment zamanı güclü baş ağrılardan əziyyət çəkən insanları 20 dəqiqə ərzində müxtəlif rəngli (ağ, göy, qırmızı, yaşıl) işıqla işıqlandırırdılar. Daha sonra iştirakçılar öz vəziyyətini (ağrıların və diskomfortun azalıb-azalmamasını və s.) qiymətləndirirdilər. Əksər iştirakçılarda işiqlandırma ağrıların güclənməsinə səbəb olurdu. Yalnız yaşıl işıq diskomfortun və ağrıların azalmasına kömək edirdi.

NewScientist xəbər verir ki, araşdırmanın müəllifləri baş ağrıları və miqren tutması zamanı yaşıl linzaları olan eyməkləri taxmağı və ya xəstə olan otağı yaşıl işıqla işıqlandırmağı tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə