Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?

Zəncəfili təbii dərman hesab etmək olar. Bu ədviyyat maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir, orqanizmə mikrob, virus və qurd əleyhinə təsir edir, iltihabları azaldır, xərçəng əleyhinə təsirə malikdir, damarları xolesterindən təmizləyir, qanda şəkərin səviyyəsini aşağı salır, immuniteti möhkəmləndirir. Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq zəncəfilin istehlakı bəzi insanlara ciddi ziyan vura bilər. Bu kimə aiddir?

1. Saglamolun.az xəbər verir ki, zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə-bağırsaq sistemində iltihab, yara, xora zamanı zəncəfil ziyan vura bilər.

2. Kəskin və xroniki hepatit, qaraciyər sirrozu zamanı da zəncəfildən istifadə etmək tövsiyə edilmir. Sağlam qaraciyər üçün zəncəfil faydalıdır. Lakin xəstə qaraciyərə stimullaşdırıcı təsir edən zəncəfil xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

3. Öd daşı xəstəliyi zamanı spazmolitik təsiri olan zəncəfildən istifadə daşları tərpədə bilər ki, nəticədə daş öd kisəsinin kanalına düşə və tutmaya səbəb ola bilər.

4. Ağır babasil zamanı zəncəfilin istehlakı qanaxmanın artmasına səbəb ola bilər.

5. Yüksək təzyiqdən əziyyət çəkənlər, infarkt və insult riski yüksək olanlar da bu ədviyyatdan imtina etməlidir.

6. Xroniki dəri xəstəliklərindən əziyyət çəkənlərə də zəncəfilin qəbulu tövsiyə edilmir.

7. Yüksək hərarət zamanı zəncəfilli çaydan istifadə hərarətin daha da yüksəlməsinə səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə