Süd vəzisi xərçənginə qarşı yeni preparat..

Çexiya Elmlər Akademiyasının Biotexnologiya İnstitutunun tədqiqatçıları süd vəzisi xərçəngi və şişin bəzi növlərini sağalda bilən maddə icad ediblər. Çexiyanın “CTK” informasiya agentliyi xəbər verir ki, alimlərin fikrincə, “MitoTam” adlanan maddə mitoxondriləri – “hüceyrə elektrik stansiyalarını” sıradan çıxarır və bununla da xərçəng hüceyrələrinin məhv edilməsinə nail olur. Dərmanlara nəzarət üzrə dövlət institutu kliniki tədqiqatların aparılmasına icazə verib. Yeni dərmanın pasiyentlərə təsirinin öyrənilməsini Praqanın Ümumfakültə Xəstəxanası aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə