Açıqlandı: Bu tərəvəz xərçəngin inkişafına mane olur

Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Bu tərəvəz müxtəlif vacib vitamin və minerallarla zəngindir. Onun tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var. Belə zəngin tərkibli bolqar bibərinin digər faydalarını siz də öyrənin:

- Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.

- Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.

- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.

- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.

- Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.

- Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.

- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.

- Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.

- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.

- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə