DİQQƏT: Darçınlı süd için, qarın piylərindən xilas olun

Mütəxəssislər tərəfindən aparılan araşdırmada, südün tərkibindəki kalsiumun orqanizmdə yağlanmanı azaldaraq çəkiyə nəzarəti təmin etməyə kömək etdiyini müəyyən etmişdir. Yəni bu o deməkdir ki, çox güclü sümük quruluşu üçün bədənin ehtiyacı olduğu kalsium miqdarının 30%-nə malikdir. Qadınların sümük quruluşunu gücləndirməkdə fövqəladə bir qida mənbəyidir. Eyni zamanda uşaqların inkişafına da mühüm təsiri var. Süd tərkibindəki keyfiyyətli zülal və lioneik turşu sayəsində yağ molekulları ilə çəkinin nəzarətinə kömək edir. Ümumiyyətlə aşağı yağlı südlər bol miqdarda kalsium ehtiva edir. Orta ölçülü bir stəkan az yağlı südün istehlakı 299 milliqram kalsium təmin edir.

Az yağlı südün istehlakı xüsusilə qadınların daha sürətli çəki azaltmalarına kömək edə bilər. Meyvə yeyəndə və axşam yeməklərindən sonra və ya səhər ac qarında bir stəkan süd içmək, həm bağırsaqların hərəkəti təmin edəcək, həm də lazımsız yağların yandırılmasında sizə kömək olacaq.

1 litr südün içində olan kalsium - 10 kilo ət, 5.2 çörək, 12.6 kiloqram kartof, 17 kiloqram alma, 3.2 kiloqram kahı və ya 2.4 kiloqram kökdə olan kalsiuma bərabər qiymətləndirilir. Bu səbəblə sağlam sümüklər üçün süd içmək şərtdir.

Darçın da məlum olan ən qədim ədviyyatlardan sayılır. Xaricdə aparılan araşdırmalar göstərir ki, 6 həftə ərzində bir çay qaşığının dörddə biri qədər darçın istehlak etmək, qandakı qlükoza miqdarını və pis xolesterini azaldır. Piy toxumalarını asanlıqla əridir. Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün darçın olduqca təsirlidir. Darçının tərkibindəki fermentlər qarın bölgəsindəki qan damarlarını xəbərdar edərək, xüsusilə arıqlama və qarın əritmə prosesini sürətləndirir.

Şişkinlik və mədə pozğunluğuna səbəb olan bakteriyalar və kandida adlandırılan bir göbələklə mübarizə aparan darçın, şişkinlik problemini ortadan qaldırır. Özünüzü daha yüngül hiss etmək istəyirsinizsə, gündə bir stəkan darçın çayı içməyi unutmayın.

Darçının ətirli qoxusu və iltihab önləyici xüsusiyyəti, əzələ ağrılarının sağalmasında mühüm bir vəzifəyə malikdir. Darçın yaşla əlaqədar olaraq rast gəlinən əzələ ağrılarına müsbət təsir edir. Darçın yağı ilə ağrıyan yerlərinizə massaj etsəniz, ağrılarınızı azaldığını görəcəksiniz.

Özünüzü gərgin və stressli hiss etdiyiniz günlərdə vannanızı su ilə doldurun, içinə bir az darçın yağı və bal qatın. İlıq su və bu qarışıq sizi rahatlaşdıracaq. Darçın sümüklərin möhkəmlənməsində mühüm rolu olan kalsiumdan ibarətdir. Darçın sümük bərpasını da dəstəkləyir və bağ toxumasını yaxşılaşdırır.

Sümük ağrılarını sağaldan darçını gündə bir stəkan çay ilə istehlak edə və ya ağrıyan yerinizə darçın yağıyla masaj edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə