Partlayış nəticəsində yanan şəxslərdən biri ölüb RƏSMİ

Ötən gün Bakıda kafedə baş verən partlayış nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb. SİA-nın xəbərinə görə, bu barədə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib

O bildirib ki, partlayış nəticəsində bədən səthinin 100 faizi yanan 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu gecə saat 02:00 radələrində xəstəxanada keçinib.

Baş həkimin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər şəxs, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır.

Xatırladaq ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə